Xızı sakinindən küllü miqdarda heroin aşkarlandı

8-02-2021, 11:15           
Xızı sakinindən küllü miqdarda heroin aşkarlandı
Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Şorabad qəsəbə sakini Fərman Hüseynov saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı, F.Hüseynovdan kağız bükümdə 0.4 qram narkotik maddə olan heroin aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri ilə saxlanılan şəxsə məxsus qəsəbə ərazisində yerləşən fərdi yaşayış evinə də baxış keçirilib və bu zaman həyətyanı sahədə olan yardımçı tikilidən sellofan torbada çəkisi 600 qram olan heroin aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı F.Hüseynov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru