Qubada gecə saatlarında fəaliyyət göstərən iki çayxana aşkar edilib

9-02-2021, 11:46           
Qubada gecə saatlarında fəaliyyət göstərən iki çayxana aşkar edilib
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları fevralın 9-da gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çayxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi Amil Balayev və orada olan 5 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Keçirilən digər bir tədbir zamanı rayonun Birinci Nügədi kəndi ərazisində eyni qayda pozuntusunu törədərək gecə saatlarında fəaliyyət göstərən daha bir çayxana müəyyən edilib. Polis əməkdaşları tərəfindən obyekti icarə əsasında işlədən Taleh Quliyev və orada olan 9 müştəri ilə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru