“Nar” "Karabakh is Azerbaijan" beynəlxalq onlayn şahmat seriyasına dəstək olub

10-02-2021, 15:19           
“Nar” "Karabakh is Azerbaijan" beynəlxalq onlayn şahmat seriyasına dəstək olub
Gənclərin intellektual inkişafına hər zaman xüsusi önəm verən “Nar” chess.az saytının "Karabakh is Azerbaijan" beynəlxalq onlayn şahmat seriyasına dəstək olub. Seriya 8 turnirdən və böyük finaldan ibarətdir. Turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyır.

Teref.az xəbər verir ki, martın 14-də baş tutacaq böyük finalda 8 turnirin nəticələrinə görə, 10 ən güclü şahmatçı mübarizə aparacaq. Qalib gələcək şahmatçılar “Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Seriya lichess.org şahmat platforması üzərindən keçirilir. Qeyd edək ki, koronavirus infeksiyası ilə əlaqədar olaraq ölkədə karantin rejiminin davam etməsi səbəbindən şahmat yarışları onlayn keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru