Prezident Aşqabadda: Böyük layihəyə doğru daha bir addım

22-11-2018, 09:09           
Prezident Aşqabadda: Böyük layihəyə doğru daha bir addım
Azərbaycan həmişə Türkmənistana sərfəli təkliflər edib.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Türkmənistan səfərini şərh edən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Xəzər dənizində mübahisəli ehtiyatlar məsələsində Bakı Aşqabada doğru addımlar atıb:

“Çox güman ki, səfər zamanı Transxəzər qaz kəmərinin çəkilməsi bağlı ilkin razılıqlar əldə ediləcək”.

Politoloq vurğulayıb ki, Transxəzər qaz kəmərinin çəkilməsi Azərbaycan-Türkmənistan münasibətlərinin yaxınlaşmasına səbəb olacaq:

“Bu layihənin baş tutması Aşqabad üçün çox önəmlidir. Türkmən qazı üçün yeni istiqamətlər açılacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru