Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiqi ilə bağlı qaydalara dəyişiklik edilib

29-11-2018, 07:34           
Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiqi ilə bağlı qaydalara dəyişiklik edilib
Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”na Əlavə 5 - “Müfəssəl planın əsas texniki-iqtisadi göstəriciləri”nin 5-ci hissəsinin ikinci sətrində “uşaq” sözü (məktəbəqədər uşaq müəssisələri -red) “təhsil” sözü (məktəbəqədər təhsil müəssisələri -red) ilə əvəzlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru