Tramp Barak və Mişel Obamanın "qisasını" onların çarpayısından alıb

14-12-2017, 11:25           
Tramp Barak və Mişel Obamanın "qisasını" onların çarpayısından alıb
"The Telegraph" qəzeti MI6 Britaniya kəşfiyyatının keçmiş başçısına istinadən yazır ki, Donald Tramp barədə keçmiş Britaniya casusu tərəfindən hazırlanmış "çirkli dosyedəki" faktlar, "ehtimalən" "müəyyən həqiqəti" əks etdirə bilər.

MI6 kəşfiyyat idarəsinin keçmiş casusu Kristopher Stilin hazırladığı dosyeyə görə, Rusiyada ABŞ prezidentinə qarşı şantaj kimi istifadə oluna biləcək "ədəbsiz kompromat" var.

Keçmişdə Tramp bu dosyeni "saxta xəbər" adlandırıb və onun həqiqiliyi sual altına alınıb.

Lakin 1999-2004-cü illərdə MI6-nın direktoru olmuş lord Riçard Derlav BBC-nin Newsnight proqramına deyib: "Düşünürəm ki, bu dosyenin məzmununda ehtimalən müəyyən həqiqilik var…İndiki mərhələdə bundan artıq bir şey deyə bilmərəm…"

Bəzi iddialara görə, rusların əlində olan kompromat Trampın Moskva mehmanxanasına gətirtdiyi fahişələrlə bağlıdır. Dosyedə bildirilir ki, bu fahişələrə Barak və Mişel Obamaların vaxtilə yatdığı çarpayının üstündə sidiyə getmək göstərişi verilib.

Bu dosyedə həm də bildirilir ki, ABŞ seçkisi dövründə Trampın kampaniyası ilə Rusiya rəsmiləri arasında çoxsaylı əlaqələr mövcud olub.
Prezident Rusiya ilə hər hansı sövdələşməyə daxil olduğunu israrla inkar edir.

Avropa İttifaqı üzvlüyünə dair referendumda Avropadan çıxmağa səs vermiş lord Riçard deyib ki, Breksit səsverməsinə Rusiyanın müdaxilə etməsini göstərən dəlillər yoxdur, amma Moskvanın ABŞ seçkisinə təsirini göstərən dəlillər mövcuddur.

Lakin o əlavə edib ki, ABŞ seçkisinə müdaxilə Putin tərəfindən çox da müdrik hərəkət sayıla bilməz.

Bundan bir qədər əvvəl Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn FTB müstəntiqlərinə Rusiya ilə əlaqələri barədə yalan ifadə verdiyini etiraf edib.

Oktyabr ayında xəbər verilmişdi ki, FTB müstəntiqləri keçmiş Britaniya agenti Stillə yay aylarında görüşüblər.

CNN xəbər vermişdi ki, FTB və ABŞ kəşfiyyatının xəfiyyələri Stil tərəfindən hazırlanmış dosyeyə çox ciddi yanaşıblar.

Bununla belə, təhqiqat respublikaçı fiqurlar tərəfindən tənqid olunub və Trampın özü bu araşdırmanı "əcinnə ovu" adlandırıb.

Bu da xəbər verilir ki, cənab Steele-in təhqiqatına və dosyenin hazırlanmasına Hillari Klintonun seçki kampaniyası maliyyə dəstəyi verib.

"Washington Post" xəbər verib ki, Klinton kampaniyasını təmsil edən vəkil Mark Elias Trampa qarşı dosyenin hazırlanması üçün Fusion GPS kəşfiyyat firmasına müraciət edib.

Fusion GPS isə bu dosyenin hazırlanmasını keçmiş Britaniya kəşfiyyat zabiti Stilə tapşırıb.

Fusion GPS firmasına bu iş üçün nə qədər pul ödəndiyi məlum deyil (BBC).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.