Bakı bazarında alça fantastik qiymətə satılır - 500 man

11-01-2016, 20:57           

Bakı bazarlarında bəzi meyvələrin qiyməti fantastik dərəcədə qalxıb.

teref.az baku.ws-ə istinadən xəbər verir ki, “Yaşıl bazar”da alçanın kiloqramı 500 manata, bir ədədi isə təxminən 8-9 manata satılır.

Satıcılardan bunun səbəbini soruşduqda isə müxtəlif bəhanələrlə sualdan yayınmaq istəyiblər. Bəzi satıcılar bunu ölkədə mövsüm uyğun olmadığı üçün alçanın xaricdən gətirilməyini əsas gətiriblər.

Sayt yazır ki, xaricdə alçanın bir kiloqramı 15-20 dollar arasında dəyişirsə Azərbaycana gətiriləndə bu qiymət maksimum 50 manatadək arta bilər. Yol xərci və digər xərclər alçanın qiymətinə bu məbləğdən artıq təsir edə bilməz.

Məsələ ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər ki, alça gündəlik istehlak səbətinə daxil olmadığı üçün onlarda bu barədə hələlik ətraflı məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.