Bakının iki böyük mağazalar şəbəkəsi çökür

11-01-2016, 21:06           
Bakının iki böyük mağazalar şəbəkəsi çökür
Azərbaycanın telekommunikasiya məhsullarının satış bazarının liderlərindən sayılan "İntegral" şirkətinin Bakı şəhərində üç mağazası bağlanıb.

Şirkətin ticarət dövriyyəsi kəskin zəifləyib. Nəticədə, bu günlərdə "İntegral"ın "Memar Əcəmi", Nizami və Nəsimi rayonlarında yerləşən mağazaları fəaliyyətini dayandırmalı olub. Mağazaların işçiləri isə ixtisar olunublar. Eyni zamanda "Maqnit" mağazalar şəbəkəsinin də fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, şirkət mobil qurğular və rabitə xidmətlərinin topdan və pərakəndə satışını həyata keçirir. Fəaliyyətə başlayarkən şirkət Bakı, Gəncə, Sumqayıt şəhərləri və respublikanın təxminən 50 regionunu əhatə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.