Azərbaycanda 12 yaşlı uşaq faciəli şəkildə öldü

12-01-2016, 00:35           

Füzulidə qaçqınların müvəqqəti məskunlaşdığı Fin qəsəbəsində bədbəxt hadisə baş verib.

12 yaşlı Ağayev Qara İsmiəli oğlu boğularaq ölüb. Buna səbəb uşağın boğazına yaylıq bağlayaraq oynamağı olub.

Belə ki, iki mərtəbəli çarpayının üzərində oynayan uşaq qəflətən yıxılıb və boğazındakı yaylıq taxtaya ilişərək onu boğub.

Qara Ağayevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru