Çinlilər Qusarda traktor yığacaq - 10 milyon dollar sərmayə

31-10-2017, 13:57           

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC, “Aqrofun” QSC və Çinin dövlət koorporasiyası olan “YTO GROUP” Azərbaycanda orta ölçülü traktorların istehsalının təşkilinə 10 mln. dollar məbləğində vəsait qoymağı planlaşdırır.
"Tərəflər arasında müvafiq saziş imzalanıb. İstehsal Qusar rayonunda təşkil olunacaq. Layihənin dəyəri 10 mln. dollar təşkil edir", - deyə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədri rəsmi mətbuatda dərc olunmuş məqaləsində qeyd edib.
O vurğulayıb ki, hər il 800 ədədə yaxın traktorun istehsal olunacağı planlaşdırılır.
“YTO Group Corporation” 1955-ci ildə yaradılıb və Çinin kənd təsərrüfatı maşınlarının aparıcı istehsalçılarından biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru