Məcburən ərə verilən qadın 13 ailə üzvünü zəhərləyərək öldürdü

1-11-2017, 03:19           
Məcburən ərə verilən qadın 13 ailə üzvünü zəhərləyərək öldürdü
Pakistanın Pəncab vilayətinin Müzəffərqarx şəhər polisi əri və ailə üzvlərini zəhərləməkdə şübhəli bilinən Asiya Bibi adlı qadını saxlayıb. Oxu.Az-ın məlumatına görə, müstəntiqlər hesab edirlər ki, qadın lassi (yoqurt) hazırlamaq üçün istifadə olunan südə zəhər qatıb. İçki onun həyat yoldaşı və ailə üzvləri üçün nəzərdə tutulmuşdu. Nəticədə onlardan 13 ölüb, daha 14 isə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları Asiya Bibini, onun xalası və daha bir kişini (qadının sevgilisi olması ehtimal edilir) həbs edib. Qeyd olunur ki, qadın məcburən ərə verildiyi üçün ailə üzvlərindən qisas almaq qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru