Avropada 2016/17 mövsümünün ən yaxşı futbolçuları müəyyənləşdi –Siyahı

25-08-2017, 00:06           
Avropada 2016/17 mövsümünün ən yaxşı futbolçuları müəyyənləşdi –Siyahı
Avropada futbol üzrə 2016/17 mövsümünün mövqe üzrə ən yaxşı oyunçuları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Monakoda baş tutan tədbirdə ötən mövsümün ən güclü qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusunun adı açıqlanıb.

Ən yaxşı qapıçı nominasiyasında "Yuventus"un qolkiperi Canluici Buffon qalib olub. Ən yaxşı müdafiəçi adına Madrid "Real"ının kapitanı Serxio Ramos layiq görülüb. "Kral klubu"nun digər oyunçusu Luka Modriç isə keçən mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.

Ən yaxşı hücumçu nominasiyasında da "Real"ın üzvü qalib olub. Belə ki, Kriştianu Ronaldo bütün rəqiblərini qabaqlayaraq, bu mükafata sahib çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru