"Qarabağ" azərkeşlərinə müraciət etdi - "Rəqiblərə qarşı təhqirlərə...."

25-08-2017, 00:08           
"Qarabağ" azərkeşlərinə müraciət etdi - "Rəqiblərə qarşı təhqirlərə...."
Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra “Qarabağ” özünün bəzi azarkeşlərinə müraciət edib.

teref.az xəbər verir ki, klub rəsmi "facebook" səhifəsində rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmamağı, öz əxlaq və mədəniyyətimizlə örnək olmağı xahiş edib.

“Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq. Anlayışınız üçün təşəkkür edirik”.

Daha öncə “Şerif” klubu açıqlama yayaraq “Qarabağ” azarkeşlərinin onların səhifələrində təhqirlərə yol verməməsini xahiş etmişdi. “Kopenhagen” isə öz səhifəsinə Azərbaycandan girişi bağlamışdı.

Qeyd edək ki, “Qarabağ” ÇL-in qrupunda “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma”ya (İtaliya) rəqib olub. Sentyabrın 12-13-ü tarixlərində Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” İspaniyanın “Atletiko” (Madrid) komandası ilə görüşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru