Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR

25-08-2017, 08:39           
Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR
Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində 22 qarşılaşma baş tutub.

Bununla da qrup mərhələsinin iştirakçılarının tam siyahısı bəlli olub.

İlk görüşdə "Vardar"a uduzan "Fənərbaxça" öz meydanında da rəqibi ilə bacarmayıb. 1:2 hesabı ilə məğlub olan Türkiyə klubu turnirlə vidalaşıb.

Ötən mərhələdə "Qəbələ"ni mübarizədən kənarlaşdıran "Panatinaikos" Avropa Liqasının qrup mərhələsinə adlaya bilməyib. Yunanıstan təmsilçisi səfərdə də "Atletiko"ya uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, qrup mərhələsinin püşkatması sabah keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
24 avqust


AEK (Kipr) - “Viktoriya” (Çexiya) - 0:0
İlk oyun - 1:3

“Dinamo” (Kiyev, Ukrayna) - “Maritimo” (Portuqaliya) - 3:1
Qollar: Qarmaş, 33; Morozyuk, 35; Qonzales, 61 - Sen, 68
İlk oyun – 0:0

“Ostersun” (İsveç) - PAOK (Yunanıstan) - 2:0
Qollar: Qoddos, 71, 77
İlk oyun – 1:3

“Şerif” (Moldova) - “Legiya” (Polşa) - 0:0
İlk oyun – 1:1

“Aleksandriya” (Ukrayna) - BATE (Belarus) - 1:2
Qollar: Qritsuk, 34 - İvaniç, 70, 73
İlk oyun – 1:1

“Zalsburq” (Avstriya) - “Vitorul (Rumıniya) - 4:0
Qollar: Dabbur, 7; Qulbrandsen, 38; Berişa, 52 (pen.); Haydara, 88
İlk oyun – 3:1

“Makkabi” (Təl-Əviv, İsrail) - “Altax” (Avstriya) - 2:2
Qollar: Kyartansson, 41; Yeini. 73 - Aiqner, 20; Netzer, 59
İlk oyun – 1:0

“Zenit” (Rusiya) – “Utrext” (Hollandiya) - 2:0
Qollar: Kokorin, 9, 105
İlk oyun – 0:1

“Fənərbaxça” (Türkiyə) - “Vardar” (Makedoniya) - 1:2
Qollar: Noyştedter, 61 - Jiqauri, 68; Qliqorov, 90+1
İlk oyun – 0:2

“Suduva” (Litva) - “Ludoqorets” (Bolqarıstan) - 0:0
İlk oyun – 0:2

“Skenderbeu” (Albaniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:0
İlk oyun – 1:1

“Midtyulland” (Danimarka) - “Apollon” (Kipr) - 1:1
Qollar: Hassan, 10 - Şembri, 50
İlk oyun – 2:3


AEK (Yunanıstan) - “Brügge” (Belçika) - 3:0
Qollar: Xristodulopulos, 27 (pen.); Simoes, 39, 90+1
İlk oyun - 0:0


“Videoton” (Macarıstan) - “Partizan” (Serbiya) - 0:4
Qollar: Tavamba, 6; Suma, 24; Djurdjeviç, 35, 87
İlk oyun – 0:0


“Braqa” (Portuqaliya) - “Hafnarfyordur” (İslandiya) - 3:2
Qollar: Dias, 39, 80; Souza, 90+3 - Bodvarsson, 16, 51
İlk oyun – 2:1


“Marsel” (Fransa) - “Domjale” (Sloveniya) - 3:0
Qollar: Germain, 28, 56; Tauvin, 85
İlk oyun – 1:1


“Atletik” (Bilbao, İspaniya) - “Panatinaikos” (Yunanıstan) - 1:0
Qol: Muniain, 22
İlk oyun – 3:2


“Rusenborq” (Norveç) - “Ayaks” (Hollandiya) - 3:2
Qollar: Bendtner, 26; Adeqbenro, 80, 89 - Yunes, 60; Şone, 61
İlk oyun – 1:0


“Şkendiya” (Makedoniya) - “Milan” (İtaliya) - 0:1
Qol: Kutrone, 13
İlk oyun – 0:6


“Hayduk” (Xorvatiya) - “Everton (İngiltərə) - 1:1
Qollar: Radoseviç, 43 - Siqurdsson, 46
İlk oyun – 0:2

"Srvena Zvezda” (Serbiya) - “Krasnodar” (Rusiya) - 2:1
Qollar: Radonyiç, 7; Kanqa, 46 - Qranqvist, 81
İlk oyun – 2:3


"Austriya” (Avstriya) - “Osiyek” (Xorvatiya) - 0:1
Qol: Boban, 62
İlk oyun – 2:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru