8 ay əvvəl 9,69 milyona alınan futbolçu 100 milyona satılır

30-03-2018, 09:50           

“Tottenhem” yayda transfer bombasını partlatmağa hazırlaşır.

Qaynarinfo.az Portuqaliyanın “Abola” qəzetinə istinadən xəbər verir ki, London klubu “Sportinq”dən Bruno Fernandesi heyətinə qatır.

İddia olunur ki, “Tottenhem” bu futbolçuya görə Portuqaliya klubuna 87 milyon funt-sterlinq (100 milyon avro) təklif edib. Transfer pəncərəsi açılan kimi keçid rəsmiləşəcək.

Qeyd edək ki, “Sportinq” Bruno Fernandesi ötən yayda “Sampdoriya”dan 9,69 milyon avroya alıb. 23 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 45 rəsmi matçda 13 qol vurub və 16 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru