Rusiyanın Sverdlov vilayətinin Nijniy Taqil şəhərinin sakini pul vermədiyi üçün öz anasını yandırıb. Hadisə ilə əlaqədar polis 23 yaşlı oğlanı həbs edib.
Musavat.com xəbər verir ki, Sverdlov əyalətinin DİN əməkdaşları bildiriblər ki, 52 yaşlı qadın təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
İstintaq əməliyyat dəstəsi hadisə yerində olub və orada benzinlə dolu iki litirlik plastik qab aşkar olunub.
Qadının 1992-ci il təvəllüdlü oğlu bildirib ki, anası özünə qəsd etmək istəyib. Lakin polislər məsələnin nə yerdə olduğunu, oğulun anasını pula görə yandırdığını təyin ediblər.