Özünü qoz ağacından asdı - Borca görə

1-03-2016, 12:53           
Özünü qoz ağacından asdı - Borca görə
Ağdamda intihar hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Xındırıstan kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Atapur Mövsüm Məhəmmədəli oğlu özünü həyətyanı sahəsində qoz ağacından asıb. Ailə üzvləri səhər onun meyitini ağacdan asılmış vəziyyətdə tapıblar.

Yaxınlarının bildirdiyinə görə M. Atapurun külli miqdarda borcu olub, intiharın da bu səbəbdən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru