Bu gün paytaxtın müxtəlif ərazilərində avtobus sürücülərinə qarşı reydlər başlayıb.
Axar.az xəbər verir ki, yoxlamalar zamanı qanunun tələblərinə məhəl qoymayan avtobus sürücüləri saxlanıb, barələrində hüquqi tədbirlər görülüb.
Xatırladaq ki, son günlərdə Bakıda marşrut avtobuslarının törətdiyi qəzaların sayı artıb. Təkcə son beş gündə paytaxtda baş verən avtobus qəzalarında 3 nəfər ölüb, 15 nəfər isə yaralanıb.