Piyada ona cərimə yazan polisi vurdu - Bakıda

3-03-2016, 01:31           
Piyada ona cərimə yazan polisi vurdu - Bakıda
Bakıda yolu düzgün keçmədiyinə görə cərimələnən şəxs polis əməkdaşlarına müqavimət göstərib

Hadisə “Azadlıq” prospektində qeydə alınıb.

Belə ki, həmin ərazidə yolu piyadalar üçün müəyyən edilməmiş yerdən keçdiyi üçün Lənkəran şəhər sakini, 21 yaşlı Peyman Yusifli barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilib. Buna etiraz edən P.Yusifli cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hədə-qorxu gəlib.

Bu zaman o, polis serjantlarından birinə əl və baş nahiyəsindən xəsarət yetirib.

P.Yusifli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru