Ramil Usubov Nizami Qocayevlə bağlı əmr verdi: Onun Pentensiar Xidmətə rəis gətiriləcəyi gözlənilir

3-03-2016, 01:51           
Ramil Usubov Nizami Qocayevlə bağlı əmr verdi: Onun Pentensiar Xidmətə rəis gətiriləcəyi gözlənilir
İsmayıllı Rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.

Rayon Polis Şöbəsindən sayta N. Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.

Saytın əldə etdiyi digər məlumata görə, N. Qocayev daha yüksək vəzifəyə təyinat alıb. teref.az xatırladır ki, ötən gün jam.az saytı Nizami Qocayevin Pentensiar Xidmətə təyin olunacağını yazmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru