Nizami Qocayev ədliyyə sisteminə gətirildi

3-03-2016, 10:12           

Nizami Qocayev polis rəisi vəzifəsindən azad olunaraq Ədliyyə sisteminə təyin edilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Nizami Qocayev Gəncə şəhər Məhkəmə Qərarları İcrasını Baş İdarəsinə rəhbər təyin olunub. Azərbaycanın məşhur polis zabitlərindən olan Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olub. Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilmişdi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olunub. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Qocayevin son iş yeri isə İsmayıllı rayon polis şöbəsinin rəisi olub. Polis-polkovnikidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.