Şirvanda partlayış: Ölən var

3-03-2016, 13:35           

Bu gün səhər saatlarında Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən oksigen doldurma məntəqəsində bədbəxt hadisə baş verib.
teref.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə 49 yaşlı kişi ölüb. Oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə-tibi ekspertiza mərkəzinə yerləşdirilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru