Oğurluqlarının sayını itirən mənzil oğrusu tutuldu

4-03-2016, 20:56           
Oğurluqlarının sayını itirən mənzil oğrusu tutuldu
Bakının Yasamal rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməliyyatçıları rayon sakini Xatirə Hüseynovanın evindən 3000 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 40 yaşlı Anar Mirzəyevi saxlayıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, Anarın daha bir neçə oğurluqda iştirakı olub. İstintaq materiallarında Anar Mirzəyevin Bakı şəhər sakinləri Siyavuş Mehdiyevin və İldırım Əsədovun evlərini qarət etməsi göstərilsə də, saxlanılan şəxs oğurluq etdiyi evlərin sayını unutduğunu deyir.

Əvvəllər də məhkumluq həyatı yaşadığını deyən Anar oğurluq yolu ilə əldə etdiyi pulları kafelərdə və restoranlarda yeyib içməyə xərclədiyini bildirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində başlanaan cinayət işi üzrə araşdırmalar davam edir. Anar Mirzəyevi isə 10 illik azadlıqdan sonra yenidən həbs həyatı gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.