Aeroport yolunda avtobus qəzası - hadisə yerinə 5 təcili yardım briqadası gedib

4-03-2016, 21:02           
Aeroport yolunda avtobus qəzası - hadisə yerinə 5 təcili yardım briqadası gedib
Bu gün Bakıdakı aeroport yolunda, Suraxan ərazisində sərnişin avtobusu ilə minik maşınların toqquşması nəticəsində zənçirvari qəza baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova virtualaz.org saytına bildirib ki, hadisə yerinə 5 təcili yardım briqadası gedib: "Hələlik 3 saylı Şəhər Klinik Xəstəxanasına 5 nəfər çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yolda tıxac yarandığından təcili yardım maşınları əraziyə girə bilmir. Yaralıların sayı dəqiqləşdirilir. İlkin məlumata görə, hadisəyə səbəb 160 nömrəli sərnişin avtobusunun yüksək surətlə hərəkət etməsi olub".

Qeyd edək ki, bu, son bir ayda paytaxtda baş verən 4-cü avtobus qəzasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru