Azərbaycanlı milyarderin dostu edam ediləcək

6-03-2016, 21:06           

İranlı milyarder Babak Zəncani ölüm hökmünə məhkum olunub.

TASS xəbər verir ki, iş adamı İran dövlətinə qarşı 2,8 milyard dollarlıq dələduzluqda ittiham edilib. O, 2013-cü ilin dekabr ayında həbs edilib.

Babak Zəncani Türkiyə, BƏƏ və Malayziyada aktivlərə malik Sorinet Group korporasiyasının rəhbəridir.

Qeyd edək ki, B.Zəncani Türkiyədə ötən ilin dekabrın 17-də "Böyük rüşvət" əməliyyatı çərçivəsində həbs edilmiş azərbaycanlı milyarder, əslən Güney Azərbaycandan olan Rza Zərrabın iş ortağı kimi gündəmə gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru