Nemət Pəhanlı hospitala yerləşdirilib
6-03-2016, 21:07
Hazırda həbsdə olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı səhhətindəki problemlərlə bağlı martın 5-də hospitala köçürülüb.
Partiya sədrinin ailəsi martın 6-da hospitalda onunla görüşüb. Bu barədə musavat.com-a N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verib. Bildirib ki, hospitala köçürülməsinin səbəbini bilmir:
“Şənbə-bazar günlərinə düşdüyündən hələ müayinə olunmayıb. Özü ilə görüşdük və bir qədər söhbət etdik. Onun şəkəri və böyrəyi ilə bağlı ciddi narahatlığı var. Amma onun hospitala köçürüləcəyini bilmirdik. Ona görə də çox narahat olduq. Özü zəng edib, mənə məlumat verdi. Hospitala köçürülməsinin səbəbi ilə bağlı hələ ki, heç nə demirlər. Müayinədən sonra nəsə deyəcəklər. Saxlanıldığı həbsxana ilə bağlı Nemət Pənahlının elə bir şikayəti etmədi”.
Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub. O, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.