Fəzail Ağamalı qadınları başına yığdı... - FOTO

7-03-2016, 13:38           
Fəzail Ağamalı qadınları başına yığdı... - FOTO
teref.az - Ana Vətən Partiyasının Mərkəzi Aparatında 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

teref.az xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü Ana Vətən Partiyasında qeyd olunmuşdur. AVP sədri Fəzail Ağamalı partiyanın qadın fəallarının bir qrupunu bayram münasibətilə səmimi qəlbdən təbrik edərək onlara uzun ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və işlərində müvəffəqiyyətlər arzulayıb.
F.Ağamalı vətəndaş cəmiyyətinin formalaşmasında qadınların əvəzsiz rolundan, respublikanın ictimai siyasi həyatındakı xüsusi çəkisindən, Azərbaycan qadınının müasir cəmiyyətdəki uğurlarından, dövlətimiz tərəfindən qadınlara göstərilən diqqət və qayğıdan bəhs edib. Son illər partiyanın qadın üzvlərinin sürətlə çoxalmasının qadınların siyasətə marağının artması kimi dəyərləndirən Fəzail Ağamalı onların siyasi fəaiyyətinin artmasından məmnun olduğunu bildirib.
Tədbirin sonunda qadın fəallara bayram hədiyyələri təqdim olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru