APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunda məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Pərigül Nuru qızı evdə uşaq dünyaya gətirmək istəyib.
Uşağı ölü doğulmuş anada daha sonra qanaxma başlayıb. O, İmişli rayon xəstəxanasının doğum evi şöbəsində aqonal vəziyyətdə çatdırılıb.