68 min manatlıq dələduzluq... - BAKIDA

9-03-2016, 01:08           

Bakıda qızıl alveri ilə məşğul olan qadınlar polisə müraciət ediblər.
Onlar Yasəmən Nəcəfova adlı qadının onlardan qızıl-zinət əşyaları alıb, pulunu ödəmədiyini bildiriblər.
Musavat.com-un məlumatına görə, Bakı şəhər sakinləri Naibə Həsənova və Gülnarə Cəlalova polisə ərizə ilə müraciət ediblər.
N.Həsənova Yasəmən Nəcəfovanın ondan 15 min manat, G.Cəlalova isə Yasəmən Nəcəfovanın ondan 53 min manat dəyərində qızıl-zinət əşyaları aldığını və 3 il ərzində pulunu ödəmədiyini bildiriblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır. (musavat.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru