Ağdaşda 11 gün əvvəl itkin düşən kişinin meyiti meşədən tapılıb

9-03-2016, 09:20           
Ağdaşda 11 gün əvvəl itkin düşən kişinin meyiti meşədən tapılıb
Ağdaş rayonunda meşədən kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Pirəzə kənd sakini, 1976-cı il təvəllüdlü Əliyev Xəlifə Əliyar oğlunun 11 gün əvvəl itkin düşməsi barədə Ağdaş rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti martın 8-də axşam saatlarında Kür çayının sahil zolağında yerləşən meşə massivindən tapılıb.

X. Əliyevin cəsədi ağacdan iplə asılmış vəziyyətdə tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Cəsəd müayinə olunmaq üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparılıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru