Xəzərdəki adaya yeni körpü salınır – FOTOLAR

9-03-2016, 17:20           
Xəzərdəki adaya yeni körpü salınır – FOTOLAR
Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir.
Cümhuriyyət.az “Azəryolservis” ASC-nin saytına istinadən xəbər verir ki, körpüdə son tamamlanma işləri həyata keçirilir. Artıq işlərin 97 faizi yekunlaşdırılıb. Layihə çərcivəsində inşa edilmiş və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə uzunluğu isə 1360 metrdir.
Körpünün eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü 11 metrdir. Bundan başqa, Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidənqurulması da nəzərdə tutulub.
730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq. Paralel olaraq Pirallahı qəsəbəsinin körpü ilə birləşdirən mövcud avtomobil yolunun asfalt-beton örtüyünün dəyişdirilməsi işləri də yerinə yetiriləcək.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru