Zərdabda müəllim özünü asıb

9-03-2016, 21:14           

Zərdab rayonunda müəllimin intihar etdiyi bildirilir.

Bu gün gündüz saatlarında rayonun Məlikli kəndində 53 yaşlı Yaşar Həsənov yaşadığı evdə özünü asıb.

Mərhum qonşu Sarıqaya kəndində rus dili müəllimi işləyirmiş. O, səhhətində yaranmış psixi problemlə bağlı bir neçə il əvvəl məktəbdən uzaqlaşdırılıbmış.

İntihar faktının səbəbləri araşdırılır.

Ölkə mətbuatı hər gün intiharlarla bağlı xəbərlər yayır. Elə bu gün səhər 40-45 yaşlı bir naməlum kişinin Prezident Administrasiyasının yaxınlığındakı Filarmoniya bağında özünü yandırdığı bildirilir.

Azərbaycanda intiharlarla bağlı rəsmi statistika aparımır. // apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru