Bəslədiyi kərtənkələlər 42 yaşlı kişini yedi
30-03-2018, 08:53
Animal Planet (Heyvan Planeti) adlı kanalda yayımlanan veriliş 2002-ci ildə həyatını itirən amerikalı Ronald Huffun ölümünü bir daha gündəmə gətirdi.
Keçmiş bir əsgər olan Ronald Huff təkbaşına yaşadığı evində iri kərtənkələlər bəsləyirdi. 42 yaşındakı Huff, iri sürünənləri üçün ən uyğun atmosferi yaratmışdı. Evdə rahatca gəzmələri üçün temperaturu 25 dərəcəyə sabitləmişdi. Ətyeyən kərtənkələlərini kiçik heyvanlarla bəsləyirdi.
Amma bir gün Ronald Huff işə gəlməyib və dostları da onunla əlaqə saxlaya bilmədiyi üçün polisə xəbər veriblər. Evinə gedən polislər öncə qapını döyüb, ancaq açan olmayıb. Digər tərəfdən evdən gələn tıqqıltı səslərini eşidə biliblər. Qapını qıraraq içəri girən heyət həyatının şokunu yaşayıb. Ronald Huff qanlar içində yerdə yatıb, üzləri qana bulanmış iri kərtənkələlər isə evdə dolaşırdı. Polislər kərtənkələləri çətinliklə də olsa tutmağa nail olub. Ronald Huffun meyiti üzərində aparılan ekspertiza nəticəsində onun kərtənkələlər tərəfindən yeyildiyi ortaya çıxıb. Ronald Huffun ekspertiza nəticələri isə heyvanların onu öldükdən sonra yediyini, yoxsa yeyərək öldürdüyünü üzə çıxara bilmədi. Huffun tükürpədici ölümü hələ də sirrini qoruyub saxlayır.