Fuad Muradov seçki dairəsini dəyişdi

16-09-2015, 20:50           
Fuad Muradov seçki dairəsini dəyişdi
Milli Məclisin bitərəf deputatı Fuad Muradov noyabrın 1-də keçiriləcək parlament seçkisində namizədliyini verəcəyi dairəni dəyişib.

Modern.az-ın xəbərinə görə, bu haqda məlumatı Fuad Muradov özü verib. O, növbəti seçkidə bitərəf namizəd kimi 34 saylı Xətai ikinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək.

Qeyd edək ki, bu dairənin əvvəlki deputatı YAP-ın keçmiş üzvü Gülər Əhmədova idi.

Fuad Muradov 2010-cu ildə Milli Məclisə keçirilən seçkiyə 29 saylı Səbail seçki dairəsindən qatılıb. Bu dəfə həmin dairədən YAP-ın vahid namizədi Şəmsəddin Hacıyevin namizədliyi irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru