Rusiyalılar Xerson buğdasını oğurladıqlarını etiraf ediblər

31-05-2022, 07:58           
Rusiyalılar Xerson buğdasını oğurladıqlarını etiraf ediblər
Xerson vilayətinin işğal hakimiyyəti bəyan edib ki, bölgədən buğdanın çıxarılması və terrorçu dövlətə daşınması prosesi başlanıb.

Bu barədə Rusiya KİV-nə, necə deyərlər, Xerson vilayətinin başçısının müavini Kirill Stremousov xəbər verib. İşğalçılar bölgəni idarə etmək üçün onu təyin ediblər.

Faşistlər Xerson vilayətində saxlanan ötənilki buğda məhsulunu oğurlayıblar.

Stremousov yeni məhsulun (20 iyun) toplanışına başlanacağı darədə danışıb - onu da aparmağı planlaşdırırlar. «Anbar qismində yeni məhsulu saxlamaq üçün yer var, amma əlbəttə, burada çoxlu buğda var» - o, bəyan edib.

İşğalçılar inandırmağa çalışırlar ki, guya buğdanı Rusiyaya satırlar. İşğalçılar ukraynalı aqrarları şantaj edirlər, onların məhsulunu çox ucuz qiymətə alırlar və buğda ehtiyatını talayırlar.

Bundan əvvəl xəbər verilmişdi ki, mayın 11-də Rusiya gəmiləri oğurluq buğda ilə Suriya sahillərində lövbər salıb. O zaman Ukrayna diplomatlarının səyləri sayəsində Misir və Livan oğurluq məhsulu almaqdan imtina etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru