Çinin 30-a yaxın hərbi təyyarəsi Tayvanın hava məkanına daxil olub

31-05-2022, 08:53           
Çinin 30-a yaxın hərbi təyyarəsi Tayvanın hava məkanına daxil olub
Ən azı 30 Çin Xalq Azadlıq Ordusunun döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Bu barədə “Report” “TAS”a istinadən xəbər verir.

Adanın müdafiə departamentinin əlumatına əsasən bu, cari ilin yanvarından bəri ən kütləvi belə uçuşdur.

Söhbət iki KJ-500 erkən xəbərdarlıq və nəzarət təyyarəsindən, altı J-16 qırıcı, səkkiz J-11, dörd J-10, həmçinin iki cüt Su-35 və Su-30 təyyarələrindən gedir.

Bundan əlavə, əməliyyatda iki Y-8 elektron kəşfiyyat təyyarəsi və bir sualtı qayıq əleyhinə təyyarə və eyni platforma əsasında elektron döyüş təyyarəsi iştirak edib.

Təyyarələr cənub-qərbdən hava hücumundan müdafiə zonasına daxil olub, bir neçə kilometr məsafə uçduqdan sonra ərazini tərk ediblər. Adanın silahlı qüvvələri Çin təyyarələrinin qarşısını almaq və onlara xəbərdarlıq etmək üçün müvafiq qırıcı təyyarələri havaya qaldırıb.

Nazirlik bildirib ki, Tayvanın hava hücumundan müdafiə qüvvələri də hədəfləri izləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru