RUSİYA ORDUSUNUN MÖVQELƏRİNƏ HAVADAN ZƏRBƏLƏR ENDİRİLDİ - Ukrayna Baş Qərargahı məlumat yaydı

31-05-2022, 09:58           
RUSİYA ORDUSUNUN MÖVQELƏRİNƏ HAVADAN ZƏRBƏLƏR ENDİRİLDİ -
Ukrayna Hərbi Hava Qüvvələri Xarkov, Donetsk, Luqansk və Xerson vilaylətləri istiqamətində Rusiya qoşunlarının mövqelərinə havadan zərbələr endirib.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynanın zenit-raket qoşunları Odessada Rusiyanın “X-22” qanadlı raketini vurub. Məlumata görə, Ukrayna müdafiəçiləri qarşı tərəfin Donetsk və Luqansk istiqamətində 8 hücumunun qarşısını alaraq 1 tankını, 4 artilleriya sistemini, 5 zirehli döyüşü maşınını və 2 avtomobilini məhv edib. Eyni zamanda, Ukrayna Hava Hücumundan Müdafiə bölməsi rəqibin “X-59MK” qanadlı raketini məhv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru