Rusiya hərbçiləri Ukraynada it əti yeyir: “Vəziyyət çox pisdir”

1-06-2022, 00:01           
Rusiya hərbçiləri Ukraynada it əti yeyir:
Ukraynada olan Rusiya qoşunlarında maddi-texniki təchizat problemi yaşandığından şəxsi heyət it əti yeməyə başlayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumatına görə, Xerson vilayətinin işğal olunmuş ərazisində yerləşən rus əsgəri dostuna yazdığı mesajda vəziyyətin çox pis olduğunu bildirib.

Rusiyalı hərbçi yazıb ki, ərzaq tükənib, çətin durumdadırlar:

“Vəziyyət çox pisdir. Ukraynalılar bizi uşaq kimi zorlayırlar. Yeməyə heç nə yoxdur, it əti yeyirik…”

UTX-dən bildirilib ki, bu hal Rusiya ordusunda ilk dəfə deyil:

“Yaşanan bu vəziyyət Rusiya televiziyasında yayımlanan “qalib ordu” şəkilləri ilə kəskin ziddiyyət təşkil edir. Mesajda da vurğulandığı kimi, qələbə yalnız mediadadır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru