Aynur Camalqızının redaksiyasında kütləvi İSTEFALAR olub - FOTOFAKT

1-06-2022, 22:09           
Aynur Camalqızının redaksiyasında kütləvi İSTEFALAR olub - FOTOFAKT
“Publika.az” saytında kütləvi istefalar başlayıb.

Bu gün saytın Baş redaktoru, tanınmış jurnalist Aqil Lətifov və jurnalist Aytən Novruz işlərindən ayrılıblar.

Daha bir neçə jurnalistin də istefa verəcəyi gözlənilir.

Əldə etdiyimiz məlumata görə, saytdakı istefaların əsas səbəbi Aynur Camalqızının yarıtmaz idarəçilik prinsipləri, bürokratik əngəllər, işçilərə qarşı yersiz və ədalətsiz təzyiq üsullarına əl atmasıdır.

Saytın əməkdaşlarının əməyinin ən primitiv üsullarla Aynur Camalqızı tərəfindən istismar edilməsi ümumilikdə, “Teleqraf Media”da növbəti səs-küylü istefaların olacağını da istisna etmir.

Qeyd edək ki, Aqil Lətifov Azərbaycanın peşəkar jurnalistlərindən biridir, onun istefası Aynur Camalqızının rəhbərliyi altında fəaliyyət göstərən bütün işçilər üçün siqnala çevriləcək.
amia.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru