Azərbaycanın ən yaşlı vətəndaşı odur – FOTO

3-06-2022, 08:44           
Azərbaycanın ən yaşlı vətəndaşı odur – FOTO
Azərbaycanın ən yaşlı vətəndaşı Nuriyeva Şərabanı Əli qızıdır. 1900-cü ildə dünyaya göz açan Ş.Nuriyeva hazırda ölkəmizin ən yaşlı seçicisidir. O, Gədəbəy rayonunun Düz Rəsullu kəndində doğulub, boya-başa çatıb.
Teref.az-ın Modern.az-a istinadla məlumatına görə, 122 yaşlı Ş.Nuriyeva hazırda Bakı şəhərində qızı ilə birlikdə yaşayır.
Ölkəmizin ən yaşlı sakini iki övlad anasıdır. Oğlu 75, qızı isə 60 yaşındadır. Bundan başqa, Ş.Nuriyevanın 6 nəvəsi, 13 nəticəsi var.
Hazırda yataq xəstəsi olan qadın qızının himayəsindədir.
Qeyd edək ki, Nuriyeva Şərabanı Əli qızının Azərbaycanın ən yaşlı seçicisi olması barədə məlumatı Mərkəzi Seçki Komissiyası açıqlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru