Mask insan beyninə görmə qabiliyyətini bərpa edən çip yerləşdirmək istəyir

5-05-2025, 17:24           
Mask insan beyninə görmə qabiliyyətini bərpa edən çip yerləşdirmək istəyir
İlon Maskın "Neuralink" şirkəti yaxın illər ərzində görmə məhdudiyyətli insanlara görmə qabiliyyətini qaytarmaq iqtidarında olan ilk çipi insan beyninə implantasiya etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, amerikalı sahibkar bunu "Fox News" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, "Blindsight" adlanan cihaz beynin görmə qabığı ilə birbaşa qarşılıqlı əlaqədə olacaq.

Şirkət yaxın 12 ay ərzində bu məsələdə irəliləyiş əldə etməyi gözləyir.

İ.Maskın sözlərinə görə, "Neuralink"də bir neçə başqa icad da var. Məsələn, şirkət gələcəkdə onurğası zədələnmiş xəstələrə yerimə qabiliyyətini bərpa etməyə kömək edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru