"iPhone 17 Air" üçün ultranazik batareya-çexol hazırlanır

5-05-2025, 17:44           
"iPhone 17 Air" üçün ultranazik batareya-çexol hazırlanır
Ultranazik "iPhone 17 Air" haqqında yeni detallar açıqlanıb.
"The Information" jurnalı xəbər verir ki, smartfon üçün daxili batareyası olan xüsusi çexol buraxılacaq.

Bu qərarın səbəbi telefonun incəliyi ilə əlaqədar onun batareya tutumunun əvvəlki modellərlə müqayisədə əhəmiyyətli dərəcədə az olmasıdır. Smartfonun yalnız bir dinamiki və kamerası olacaq, SIM-kart yuvası olmayacaq.

Qeyd edilir ki, "Apple" bu qeyri-standart cihaza olan tələbat barədə əmin deyil. Buna görə də istehsal gücünün yalnız 10%-i "iPhone 17 Air" üçün ayrılıb.

Onun buraxılışı 2025-ci ilin sentyabr ayına planlaşdırılır. Ultranazik modeldən əlavə, digər "iPhone" modelləri də təqdim olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru