Əhməd Əhmədzadənin Zaqataladakı kadrı fəaliyyətində noqsanlar - idarənin avtomobiləri metal əvəzinə satılır VİDEO

13-02-2018, 00:43           
Əhməd Əhmədzadənin Zaqataladakı kadrı fəaliyyətində noqsanlar - idarənin avtomobiləri metal əvəzinə satılır VİDEO
Zaqatala Melioservis İdarəsinin fəaliyyətində müşahidə olunan nöqsanlar rayonun kənd təsərrüfatının inkişafına ciddi maneələr törədir

Belə ki, bu gün “Meliorasiya və Su Təsərüfatı” Açıq Səhmdar Cəmiyyətinin nəzdində 120-dən artıq idarə və təşkilat fəaliyyət göstərir ki, onların da ümumi illik dövriyyəsi 1 milyard manatdan çoxdur. Son illər ərzində meliorasiya tədbirlərinə ayrılan dövlət vəsaitinin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına bu sahəyə əsaslı kapital qoyuluşu isə 48 dəfəyə qədər artıb. Bütün bunlara baxmayaraq ölkənin su təsərrüfatının vəziyyəti hələ də arzuolunan səviyyədə deyildir. Səbəb isə bəzi struktur vahidlərinin rəhbər şəxslərinin korrupsiyaya qurşanaraq, çoxsaylı qanunsuzluqlara rəvac verməsidir. Bu da ölkənin kənd təsərrüfatını inkişafdan saxlayan əsas problemlərdən biridir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində 23 melioservis idarəsi fəaliyyət göstərir. Bu idarələr müqavilə əsasında Səhmdar Cəmiyyətinin təşkilatlarına, fermerlərə, digər torpaq sahibkarlarına melioservis xidməti göstərir, müxtəlif növlü torpaq işləri görür, çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərini və digər təmir işlərini həyata keçirirlər. Təbii ki, bu funksiyaların icrası rayonlarımızda kənd təsərrüfatının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, bu idarələrə rəhbərlik edən şəxslərin heç də hamısı qarşıda duran vəzifələrin əhəmiyyətini düzgün qiymətləndirmirlər. Bizə daxil olan məlumatlarda da Zaqatala rayonu, Əliabad kəndində yerləşən Melioservis idarəsinin fəaliyyətində yer almış ciddi nöqsanlardan bəhs olunur. İdarəyə rəhbərlik edən İdris Qurbanov çalışdığı sahənin necə deyərlər, püxtələşmiş kadırlarındandır. Əfsuslar olsun ki, digər sahələrdədə rəhbərliyi aldatmaq sahəsində ixtisaslaşmış mütəxəssislərdəndir.

Bakunews.az-a daxil olan məlumatlarda qeyd edilir ki, idarə nəzdnində olan avtomobilləri dəmir kəsənlərlə kəsdirərək yararsız adı ilə metal toplayan zavod nümayəndələrinə satmaqdadır. Verilən məlumatı doğrulayan isə bu yaxın müddətdə iki böyük həcimli avtomobilin doğranaraq satılması olmuşdur ki, bununda həcmi 5000 azn təşkil etməkdədir. Xatırladaq ki, 2016-2017-ci illərdə İdris Qurbanovun rəhbəri olduğu idarə ilə bağlı tərəfimizdən məqalə dərc ediləndən sonra idarə rəhbəri bizi hədələyərək təhdid etməkdəndə yan keçməmişdi. Bu gün isə növbəti qanunsuz əməlləri ilə bağlı məlumatların məhz bizim redaksiyamıza verilməsində isə həmin şəxsin barəsində vaxtında tədbirin görülməməsi və rayon rəhbərliyinin məsələyə biganə yanaşmasından irəli gəlmişdir. Qeyd etmək lazımdır ki, Zaqatala rayon rəhbəri bu şəxslə bağlı heç bir tədbir görmək iqtidarında olmadığını hər fürsətdə büruzə verməkdədir.

Zaqatala Meliorasiya idarəsində baş verən qanunsuzluqlar sərhəd tanımır. 5000 manata iki avtomobili yararsız adıyla satan idarə bunu hansı əsasla etməsini isə açıqlaya bilmir. Etibarlı mənbənində verdiyi məlumata görə, yağışlı havada avtomobili doğranılmasın həyata keçirməkdə kiminsə görməməsi üçün planlanmış yeyinti oyunudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.