ABŞ Eldar Mahmudovun milyardlarını offşorlara ötürən banka sərt sanksiya tətbiq etdi

14-02-2018, 11:33           
ABŞ Eldar Mahmudovun milyardlarını offşorlara ötürən banka sərt sanksiya tətbiq etdi
ABŞ Maliyyə Nazirliyinin maliyyə cinaytləri ilə mübarizə Şəbəkəsi (FinCEN) Latviyanın ikinci ən iri bankı olan “ABLV Bank”a qarşı sərt sanksiya tətbiq edib. Virtualaz.org xəbər verir ki, bu barədə qərarı maliyyə naziri Stiven Mnuçin açıqlayıb. Qərara əsasən bankın ABŞ maliyyə sisteminə çıxışı dayandırılır. Bu isə o deməkdir ki, bank dollar əməliyyatları apara bilməyəcək və fəaliyyəti faktiki iflic olacaq.

Birləşmiş Ştatların maliyyə naziri bildirib ki, bank Şimali Koreyanın nüvə proqramına kömək edən pulyuma əməliyyatları həyata keçirib. Beləliklə də beynəlxalq sanksiyalar rejimini pozub. Habelə Azərbaycan, Rusiya və Ukraynadan milyardlarla dollar korrupsiya pullarının leqallaşdırılmasında iştirak edib.

Qərarda göstərilir ki, çirkli pulların yuyulması üzrə müxtəlif sxemlər “ABLV Bank”ın fəaliyyətinin əsas istiqamətini təşkil edir. Bankın rəhbərliyi çirkli pulların yuyulmasına dair müxtəlif sxemlərin reallaşdırılmasına imkan yaradıb, bu zaman “içiboş şirkətlərdən” istifadə olunub. Bankın müştəriləri ondan əsasən çirkli pulların yuyulması üçün yararlanıblar.

“ABLV Bank”ın bir çox xarici ölkələrdə, o cümlədən Bakıda ofisləri fəaliyyət göstərir. Virtualaz.org qeyd edir ki, bankın Bakıdakı ofisi İçərçişəhərdəki “AG Centre” biznes mərkəzinin üçüncü mərtəbəsində yerləşir. Bank çevrələrindəki mənbələrdən məlum olur ki, vaxtilə “ABLV Bank” Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası, Azərbaycan Beynəlxalq Bankının sədri olmuş Cahangir Hacıyevin milyardlarının offşor zonalara ötürülməsini təşkil edib. Bank sektoru üzrə ekspert Əkrəm Hacıyev bildirir ki, Azərbaycan Beynəlxalq Bankının “ABLV Bank”a 8 milyon dollar borcu var və bu borcun məhz çirkli pulların yuyulması əməliyyatı zamanı yarandığı ehtimal edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.