Təhsil Nazirliyinin cavab vermədiyi daha bir sual: Məktəblərdə pullu test keçirən “TTM” şirkəti kimindir?

14-02-2018, 20:11           
Təhsil Nazirliyinin cavab vermədiyi daha bir sual: Məktəblərdə pullu test keçirən “TTM” şirkəti kimindir?
“Məktəblərdə test keçirmək adı ilə pul yığılır”

Bunu “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri, ictimai xadim Jalə Cəfərova facebook səhifəsində məlumat verib.

J.Cəfərova valideynlərdən pul yığılmasında Təhsil Nazirliyini suçlayır: “Hamımız bilirik ki, Təhsil Nazirliyinin icazəsi olmadan məktəbə daxil olub, bir müəllimə, bir şagirdə yaxınlaşıb sual ünvanlaya bilməzsən. O ki qala hansısa təşkilat gəlib, icazəsiz tədbir keçirə. Müəyyən səbəblərdən məktəblərin ünvanını deyə bilməsəm də altı məktəbdə “TTM” deyilən bir özəl şirkətin özbaşnalığından hiddətə gəlməmək mümkün deyil. Rusdili bölmənin 4-cü siniflərində test keçirilir”.

“Deyəcəksiniz nə olsun? O olsun ki, məktəb direktorları da təkidlə valideynlərdən tələb edirlər. Bəli, tələb edirlər ki, uşaqlarınızı test imtahanına gətirməyə də bilərsiniz, ancaq qeydiyyatdan keçirib beş manatı ödəməlisiniz, yoxsa, uşaq dərsə buraxılmayacaq”, – deyə J. Cəfərova bildirir.

Təhsil Nazirliyindən isə bu iddialara cavab verilməyib.///xeber.info

teref.az TTM-in kecirdiyi imtahanla bağlı bildirişi təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru