Beyləqanda Elman Məmmədovla Nazim Mirzəyevin “ölü canlar“ı - İTTİHAM

30-03-2018, 11:34           
Beyləqanda Elman Məmmədovla Nazim Mirzəyevin “ölü canlar“ı - İTTİHAM
Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin bir qrup işçisinin saytımıza göndərdikləri şikayət məktubunda vurğulanır ki, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədovla Beyləqan şöbəsinin müdiri Nazim Mirzəyev birləşərək idarədə xeyli sayda "ölü canlar" saxlamaqla məşğuldurlar.

MilliYol.Az-a daxil olan şikayətdə vurğulanır ki, Beyləqan mədəniyyət idarəsində bütün iş ştataları doludur. İşləyənlərin əksəriyyətinin adı var, özü yoxdur. Əsasən də kənd mədəniyyət mərkəzlərində, klublarında və kitabxanalarda Nazim Mirzəyevlə Elman Məmmədovun kifayət qədər "ölü canlar"ı mövcuddur. Bildirilir ki, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin edildikdən sonra Beyləqan Mədəniyyət idarəsində təmzilənmə aparılıb. Ancaq bu təmizlənmə Elman Məmmədovla Nazim Mirzəyevin "ölü canlar"ına aid edilməyib. Hazırda Beyləqan Mədəniyyət idarəsində Elman Məmmədovla Nazim Mirzəyevin 50 yaxın adı olub, özü olmayan işçiləri mövcuddur ki, bu da hər ay 7-8 min manat qazanc deməkdir.

Məlumatda qeyd edilir ki, Elman Məmmədovun ən çox qazanc əldə etdiyi rayon Beyləqan deyil. Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisinin əsas qazanc əldə etdiyi rayonlar Füzuli və Xocavənd mədəniyyət idarələridir. Elman Məmmədov adı çəkilən bu rayon idarələrinin əli ilə hər ay 20 min manatdan çox qazanc əldə edir.

Şikayətçilər bildirirlər ki, Elman Məmmədovun və Nazim Mirzəyevin Beyləqan Mədəniyyət idarəsində etdikləri özbaşınalıqlarla bağlı dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə şikayətlər etsələr də, heç bir tədbir görülməyib. Sadəcə, bir neçə dəfə yoxlama gəlib ki, onu da Elman Məmmədovla Nazim Mirzəyev rahat şəkildə "yola" salıblar.

Beyləqan Mədəniyyət İdarəsinin işçiləri iddia edirlər ki, Elman Məmmədovla Nazim Mirzəyevin arxasında Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev dayanır.

Qeyd edək ki, Füzuli və Xocavənd Mədəniyyət İdarələrində baş verən maliyyə maxinasiyaları ilə saytımıza göndərilən məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.