“Alov Qüllələri”ndə erməni təxribatı – FOTO

4-07-2018, 00:22           
“Alov Qüllələri”ndə erməni təxribatı – FOTO
Son iki gündə Azərbaycanda elektrik enerjisinin verilməsində ciddi problemlər yaranıb. Yenicag.az xəbər verir ki, paytaxt Bakıda işıqların sönməsinə baxmayaraq, generator sayəsində “Alov qüllələri”ndə bu problem yaşanmır.
Bu məqamda xoşagəlməz mənzərə yaranıb. Belə ki, “Alov qüllələri” erməni bayrağının çalarlarını özündə əks etdirib. Bu isə yolverilməz haldır. Bunun təxribat olub-olmadığını aidiyyatı qurumlar müəyyənləşdirməlidir.
Nəzərə alaq ki, bu günlərdə paytaxtımıza saysız-hesabsız turist axını davam edir. Onların arasında şəkil, video çəkərkən məhz arxa fonda “Alov qüllələri”nin düşməsini istəyənlər də var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru