Naxçıvan sərhədkeçid məntəqəsində Azərbaycan qanunları işləmir - Bir azərbaycanlı turistin dedikləri FOTOFAKT

4-07-2018, 09:42           
Naxçıvan sərhədkeçid məntəqəsində Azərbaycan qanunları işləmir - Bir azərbaycanlı turistin dedikləri FOTOFAKT
teref.az olaraq şəxsi maşınında Bakı-Naxçıvan-Türkiyə marşurutu ilə turist gəzintisinə çıxan sosial şəbəkə istifadəçisi Əhməd Nəsibovun şikayətini sizətəqdim edirik.
Əhməd bəy yazır:
İndiki səyahət sərgüzəştlərimdən fraqmentlər - Naxçıvan.
Naxçıvanlıların nabələd qonağa doğmalıq münasibəti bizi çox məmnun etdi.
Heyif ki, Bakı-Naxçıvan-Türkiyə səyahətçisi kimi, Naxçıvan məmurların icad etdiyi qəribə özəl qaydalar bizi məyus etdi:
1. Sədərək gömrüyündə “Sürətli keçid” pul mənbəyi yaradıblar.
40 dərəcə istidə, kim könüllü 10 AzN ödəməyi razılaşırsa əvvəl növbədə o maşınları irəli buraxırlar.
2. Sən demə Naxçıvan xanəndanlığı qardaş ölkəyə keçən hər bir maşına görə 20-80 AzN ödəməyə məcbur edirlər.
Gömrük məmurları ilə olan dialoq.
- Niyə növbədən kənar maşınları buraxırsınız?
- Onlar “Sürətli keçid xidməti” üçün 10 AzN ödəməyə razlaşıblar.
- Bu istidə bizim hesabımıza pul qazanırsınız?
- Xoşun gəlmir dayanmaqdan, 10 AzN ödə keç.
- Yaxşı, 20 AzN niyə ödəməliyəm?
- Ona görə ki, birinci dəfədir keçirsən. Təkrar olsa 40; 60; 80 AzN ödüyəkdin.
- Bu hansı qanundadır?
- 93-cü il qərarı ilə bu vəsaiti Naxçıvanın abadlığı üçün yığılır.
- 1893-cü ildə?
- Yox 1993-cü ildə.
- Naxçıvan maşınları, SDK, Sınıq körpü, Astara, Biləsuvar, sərhədindən keçəndə abadlıq pulu ödəyirlər?
- Bilmirik.
Mənə təsir edən ən ağırlı dialoq Tükiyə sərhədində çıxanda sonuncu məmurla oldu.
- Yolçuluğunuz hara?
- Naxçıvanı araba ilə seyahet yapdıq. Şimdi Türkiyəni gəzərim.
- Naxçıvana bundan sonra, tovba! Eləmi? - deyib güldü.
- Siz nereden bildiniz?
- Naxçıvandan çox yabançı yolçular gördüm.
Mən də düz söz dediyinə görə hirsimdən güldüm.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru