Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində nə baş verir?
5-06-2015, 16:27
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana) ilə bağlı şikayətlər səngimir.
teref.aznun məlumatına görə, tia.az-a göndərilən şikayət məktubunda qeyd olunur ki, qiymətlərin olduqca baha, müalicə keyfiyyətinin sıfır həddində olması vətəndaşların əsas narazılıqlarıdır. Sözügedən səhiyyə ocağında əməliyyatlar zamanı xəstələrin dünyasını dəyişməsini, xəstələrdən mənfəət güdülməsi də adi hala çevrilib. Bildirilir ki, Eksperimental Xəstəxanadan kütləvi şikayətlər var və dosye şəklində nazirliyə çatdırılır.
Hətta özəl tibb ocaqlarında o qədər xərc çıxmır ki, bu Mərkəzdə pasientlərin dərisini soyurlar. Dövlət tibb ocağı olmasına baxmayaraq, pulsuz tibbi xidmət sadəcə, gülməli qarşılanır. Həkimlər ilkin mərhələdə xəstə yaxınlarına ümid verib, bir müddət müalicə etdikdən sonra, xəstənin vəziyyəti pisləşdikdə, məsuliyyətdən yayınırlar. İddialara görə, həkimləri yaxşı "görüm-baxım" edəndə, xəstəni müalicə edir və sağaldırlar.