Rəqib məşqçi "Neftçi"nin qələbəsinə lağ etdi

12-07-2019, 08:35           
Rəqib məşqçi "Neftçi"nin qələbəsinə lağ etdi
Futbolçularımdan oyunun çox hissəsinə görə razı qaldım. Hesab onu göstərdi ki, nəticədə 3-cü şəxslərin rolu oldu. Əlbəttə, üzücü oldu. Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim. Gülməli idi.

Sportnet.az-ın məlumatına görə, bunu Moldova "Sperantsa"sının baş məşqçisi Kristian Yefros Kişinyovda "Neftçi"yə 0:3 hesabı ilə məğlub olduqları Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 27 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- 3-cü şəxslər deyəndə, kimləri nəzərdə tutursunuz: Hakimləri?

- Növbəti suala keçin. Hakimlərin idarəçiliyini siz təhlil edin. Bu axşam daha çox onların qərarları ön planda idi.

- "Neftçi"nin hansı zəif tərəflərini nəzərdə tutmuşdunuz ki, bundan istifadə etməli idiniz?

- Müdafiə xəttini nəzərdə tuturdum. Qol imkanlarımız vardı, vura bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdular.

- Belə çıxır ki, cavab matçı formal olacaq?

- Hələ bir həftə hazırlaşmağa vaxtımız var. İlk oyunu təhlil edəcəyik.

- Niyə ikinci hissə başlayandan sonra meydana daxil oldunuz?

- Həmişə belə edirəm, komanda çıxır, sonra mən.

- Niyə ikinci hissə başlayan kimi bütün baş məşqçilər kimi "texniki zona"da olmursunuz?

- Fikir verdinizsə, meydanı hərlənərək ora getməli oldum. Useyn Bolt deyiləm ki, tez çatım.

- Nəyə görə aqressivsiniz?

- Konkret nəyi nəzərdə tutursunuz?

- Suallarımıza aqressiv cavab verirsiniz. Niyə "Neftçi"nin qələbəsinə kölgə salırsınız?

- Niyə sevinəsən belə qələbəyə ki?! Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram. Sadəcə, öz düşüncələrimi sizə bildirirəm.

- Roberto Bordini "Şerif"dən məğlub yola salmışdınız. Belə çıxır ki, sizdən revanş aldı?

- Belə də demək olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru